02.12.2024, 11:49
83 baxış
Lamiyə
Yaşar Çekik zərərsizləşdirildi - Siyahıda idi...
MİT Suriyada terrora görə axtarışda olan qırmızı siyahıda yer alan PKK/YPG-nin Şehba bölgə rəisi adlandırılan "Yaşar Hakkari" kod adlı Yaşar Çekiqi zərərsizləşdirib.
Milli.Az xəbər verir ki, "Yaşar Hakkari" adlı terrorçu Yaşar Çekik öldürülüb.
Qeyd edək ki, 1993-cü ildə terror təşkilatına qoşulan Y.Çekikin 2010-cu ildə Hakkarinin Çukurca rayonunda onun məsuliyyətində olan təşkilat üzvləri ilə Hantepe Jandarma Komandanlığına qarşı həyata keçirilən və 6 əsgərin şəhid olduğu hücumu təşkil etdiyi müəyyən edilib.