02.12.2024, 12:27
119 baxış
Lamiyə
Qızı açıq-saçıq geyiminə görə pəncərədən ATDI
Rusiyanin İrkutsk şəhərində ögey ata açıq-saçıq geyiminə görə, 17 yaşlı ögey qızını dördüncü mərtəbənin pəncərəsindən atıb.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, faciə cümə axşamı, noyabrın 28-də baş verib.
42 yaşlı Bahodir həyat yoldaşının qızı ilə paltar üstündə mübahisə edib. Kişi qızın çox açıq geyindiyini düşünüb. O, qızı döyüb, daha sonra isə, dördüncü mərtəbənin pəncərəsindən atıb.
Zərərçəkmiş qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib. Qızın vəziyyəti ağırdır.
Ögey ata saxlanılıb. Hüquq-mühafizə orqanları adam öldürməyə cəhdlə bağlı cinayət işi açıb. Onu on ilə qədər həbs gözləyir.
Məlumata görə saxlanılan şəxsin Özbəkistan vətəndaşıdır. Bahodir həyat yoldaşı ilə 7 uşaq böyüdür. 17 yaşlı qurban ailənin ən böyük övladıdır.