Medianews.az
Peskov: Ukrayna və Avropa Zelenskidən <span style=color:red>BEZDİ
213 baxış

Peskov: Ukrayna və Avropa Zelenskidən BEZDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ukraynada insanlar Volodimir Zelenskidən getdikcə daha çox narazıdırlar. Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Avropada bu münaqişə ilə bağlı fikirlər də dəyişir. Peskov bildirib ki, cəbhələrdəki dinamika aydındır, həmçinin Ukraynada gedən proseslər də aydındır. O vurğulayıb ki, Zelenskidən yorğunluq var, hansı ki, getdikcə artır. Rusiya liderinin mətbuat katibi məlumat və statistikaya istinad edərək qeyd edib ki, “daimi müharibəni qəbul etməyənlərin sayı artır”. "Biz görürük ki, Avropa ölkələrində əhval-ruhiyyə dəyişir", - Peskov əlavə edib.

Bizə qoşulun