Medianews.az
XXI əsrin QALİB ORDUSU: <span style=color:red>Silahlı Qüvvələrimiz dünyanın ƏN GÜCLÜLƏRİ SIRASINDA
85 baxış

XXI əsrin QALİB ORDUSU: Silahlı Qüvvələrimiz dünyanın ƏN GÜCLÜLƏRİ SIRASINDA

ABŞ-nin “U.S News and World Report” portalı dünyanın ən yaxşı ordularına malik olan ölkələrin adlarını açıqlayıb. Ən güclü silahlı qüvvələrinin reytinqinə Rusiya ordusu başçılıq edir. İkinci yeri ABŞ, üçüncü yeri isə İsrail ordusu tutur. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Çin və Cənubi Koreyadır. Sonra İran, İngiltərə, Ukrayna, Almaniya və Türkiyə orduları gəlir. Azərbaycan siyahıda 29-cu yerdədir. Hesabatla bağlı fikirlərini Medianews.az-a bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun döyüş potensialına görə reytinqi ildən-ilə artmaqdadır. Onun sözlərinə görə, bu, 44 günlük Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda ordumuzun əldə etdiyi qələbələrlə birbaşa əlaqəlidir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dövlət quruculuğu sahəsində ordu ilə bağlı məsələləri daim prioritet olaraq diqqətdə saxlayır. Azərbaycanda orduya ayrılan xərclər hər il durmadan artır. Bütün bunlar nəticəsində Silahlı Qüvvələrimizin maddi texniki bazası daim güclənir. Bunun üçün Azərbaycan dövləti kifayət qədər geniş imkanlara və siyasi iradəyə malikdir”. Hərbi ekspert vurğulayıb ki, daha əvvəl dərc olunan reytinqlərdə ilk 50 güclü ordu arasında yer alan Azərbaycan Ordusunun hazırda reytinq göstəricisinə görə 29-cu pillədə qərarlaşması Silahlı Qüvvələrimizin ilbəil gücünü artırdığını nümayiş etdirir: “Ordumuzun reytinq göstəricisində 29-cu pilləyə yüksəlməsi Azərbaycan Silahlı Qüvvələrinin ötən il Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları ilə də əlaqədardır. Antiterror əməliyyatı özü-özlüyündə unikal əməliyyat idi. Daha əvvəllər belə sürətlə bu qədər böyük ərazilər separatçılardan və terrorçulardan heç vaxt təmizlənməmişdi. Bunu ilk dəfə Azərbaycan Ordusu həyata keçirdi. Görünür, beynəlxalq təşkilatlar gec də olsa ordumuzun geniş döyüş imkanlarını diqqətə almaq məcburiyyətində qalıblar. Hazırda Azərbaycan Ordusu XXI əsrin tək Qalib Ordusudur. Ali Baş Komandanımızın orduya ayırdığı diqqət sayəsində bundan sonra da Silahlı Qüvvələrimiz reytinq cədvəllərində daha da üst sıralarda yer alacaq”. Nailə QASIMOVA

Bizə qoşulun