Medianews.az
Tarixi prosesə START VERİLDİ: <span style=color:red>Qərbi Azərbaycana qayıtmaq üçün...
209 baxış

Tarixi prosesə START VERİLDİ: Qərbi Azərbaycana qayıtmaq üçün...

Bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan parlamentində Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülüb. Bu təklif spiker Sahibə Qafarova tərəfindən müsbət qiymətləndirilib. Onun sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə, Milli Məclisdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb. Bu hadisə ilə bağlı fikirlərini Medianews.az-a bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, əslən Basarkeçər rayonunun Nərimanlı kəndindən olan deputat Naqif Həmzəyev bildirib ki, ölkəmizdə və xaricdə Qərbi Azərbaycan İcması uğurla fəaliyyət göstərir. Millət vəkilinin sözlərinə görə, bu qurum Qərbi azərbaycanlıların hüquqlarının müdafiə edilməsi və onların təbii haqları sayılan öz dədə-baba torpaqlarına qayıtmaq, yaşamaq hüquqlarının bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirir: “Azərbaycanda fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının nümayəndələri beynəlxalq təşkilatlar qarşısında məhz soydaşlarımızın hüquqlarının bərpası ilə bağlı məsələlər qaldırırlar. Beynəlxalq tədbirlərdə Qərbi azərbaycanlıların mövqeyini nümayiş etdirirlər. Azərbaycan Respublikasının Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təklifinin irəli sürülməsi, sözügedən təşəbbüsün hörmətli Sahibə xanım Qafarova tərəfindən müsbət dəyərləndirilməsi, müvafiq sərəncamın imzalanması da soydaşlarımızın hüquqlarının təmin olunmasına xidmət edəcək addımlardan biridir. Mən düşünürəm ki, bu, çox yerində verilmiş bir qərardır”. Deputat N.Həmzəyev vurğulayıb ki, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 24 dekabr 2022-ci ildə başlatdığı tarixi proses çərçivəsində atılan növbəti uğurlu addımdır: “Parlamentin sədri Sahibə xanım Qafarovaya dərin təşəkkürümü bildirirəm ki, belə bir qurumun yaradılması ilə bağlı sərəncam verib. Hesab edirəm ki, Milli Məclisdə fəaliyyət göstərəcək Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu həmyerlilərimizin hüquqlarının müdafiəsi aspektindən parlament diplomatiyasının imkanlarından daha yaxından istifadə imkanı yaradacaq. Eyni zamanda bu istiqamətdə qanunvericiliyin tkmilləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə səbəb olacaqdır. Ən nəhayət, Qərbi azərbaycanlılarının qayıdış hüququ ilə bağlı parlamentin imkanlarından maksimum istifadə etmək mümkün olacaqdır. Qərbi Azərbaycan İcmasına rəhbərlik edən həmkarım Əziz Ələkbərlinin də məhz bu qrupa rəhbərlik etməsi bizim gücümüzə güc qatacaq. Qərbi azərbaycanlılar bu imkanı da düzgün dəyərləndirərək öz hüquqlarımızın bərpasına daha bir addım yaxınlaşacağıq”. Nailə QASIMOVA

Bizə qoşulun