09.10.2024, 11:44
91 baxış
Redaksiya
ABŞ İranla pərdə arxasında danışıqlar aparır: Detallar üzə çıxdı
ABŞ və bəzi ərəb ölkələri İsrailə qarşı hərbi əməliyyatları dayandırmaq üçün İranla pərdə arxasında danışıqlar aparır.
Medianews.az xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıb.
“İsrail hələ də bu təmaslarda iştirak etmir və atəşkəs mümkünlüyü ilə bağlı mövqeyini ABŞ-yə çatdırmayıb. Qəzza zolağının danışıqlarda hansı yeri tutduğu da məlum deyil. Hazırda qüvvələrimizin zirvəsindəyik, atəşkəs bizim şərtlərimizə uyğun olacaq, o cümlədən [Hizbullahın] qüvvələrinin Litani çayının şimalından çıxarılması, həmçinin sərhəd bölgələrində Hizbullahın bütün hərbi bazalarının məhv edilməsi”.
Ayşən