Medianews.az
Bakıda qohumlar bıçaqlandı - <span style=color:red>20 yaşlı oğlan saxlanıldı
76 baxış

Bakıda qohumlar bıçaqlandı - 20 yaşlı oğlan saxlanıldı

İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizə qoşulun