23.07.2024, 08:13
59 baxış
Lamiyə
Video çəkərək bir yaşlı oğlunu boğmağa çalışdı - Səbəb isə...
Rusiyanın Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində qadın ərini geri qaytarmaq üçün bir yaşlı oğlunu kamera qarşısında boğmağa cəhd edib.
Medianews.az xəbər verir ki, bu barədə Ural Mash Telegram kanalı məlumat yayıb.
22 yaşlı rusiyalı qadın bu yaxınlarda ərindən ayrılıb. O, ərini özünə gəlməyə və geri qayıtmağa məcbur etmək üçün övladına işgəncə verməyə başlayıb.
Qızın dostları onun ümumilikdə iki övladı olduğunu qeyd ediblər. Bir müddət qəyyumluq işçiləri uşaqları analarından almışdırlar, lakin sonradan geri qaytarıblar.
Hadisə araşdırılır.
Medianews.az