Medianews.az
“Nikol Ter-Petrosyanı imitasiya edir”- erməni politloq
294 baxış

“Nikol Ter-Petrosyanı imitasiya edir”- erməni politloq

“Nikol Ter-Petrosyanın oyununu təkrarlayır, guya sülh uğrunda mübarizə apararaq özünü qurban verir”. Medianews.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan sosial şəbəkə hesabında yazıb. “Bir sülh düşərgəsi və bir də müharibə düşərgəsi var. Guya Paşinyan Ermənistanı birinci istiqamətə aparmağa və nəyin bahasına olursa-olsun sülhə nail olmağa çalışdı. Lakin ikinci düşərgə məcbur etdi ki, o buaradan getsin. Beləliklə, o, vəziyyəti süni şəkildə gərginləşdirərək ideoloji və prinsipial mövqeyinin nəticəsi hakimiyyətdən uzaqlaşmağa çalışır. Artıq proses başlayıb, Nikol gedəcək. İrəli sürdüyü səriştəsiz fikirlərdə əgər günahı yoxdursa, onda heç olmasa yaşamaq hüququnu itirməyəcək. Heç olmasa bu gündən etibarən nə edəcəyimizi düşünməliyik”,- deyə ekspert qeyd edib.

Bizə qoşulun