Medianews.az
Papa Fransisk Qərbi kəskin tənqid edib
88 baxış

Papa Fransisk Qərbi kəskin tənqid edib

Roma Papası Fransisk Qərbi kəskin tənqid edərək, bəyan edib ki, hazırda Qərb nümunə ola bilməz. Medianews.az-ın məlumatına görə, o, bu fikirləri Qazaxıstandan qayıdandan sonra təşkil etdiyi mətbuat konfransında bəyan edib. "Qərb səhv yolla gedib, məsələn, sosial ədalət baxımından. O, (Qərb - red.) insanlara ehtiyac duyduğunda miqrantları qəbul etməyi unudur. Demoqrafik qış haqqında nə düşünürük? Bizim İspaniyada, İtaliyada insanlara ehtiyacımız var. Nə üçün Qərb miqrantların inteqrasiyası siyasətini aparmır? - deyə o qeyd edib. Roma Papası hesab edir ki, Avropa fundamental dəyərlərə qayıtmalıdır: “Biz hazırda digər xalqlara yardım edəcək qədər yüksəklikdə deyilik".

Bizə qoşulun