Medianews.az
Bakıda maşın yandıran qardaşlar saxlanılıb
126 baxış

Bakıda maşın yandıran qardaşlar saxlanılıb

Bakıda maşın yandıran qardaşlar saxlanılıb     Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub. Medianews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.

Bizə qoşulun