Medianews.az
ABŞ kəşfiyyatı: “Müharibə uzanarsa, Putin Qərbi nüvə silahı ilə təhdid edə bilər”
106 baxış

ABŞ kəşfiyyatı: “Müharibə uzanarsa, Putin Qərbi nüvə silahı ilə təhdid edə bilər”

  "Vladimir Putin Qərbi nüvə silahından istifadə ilə təhdid edə bilər". UNIAN-a istinadən xəbər veririk ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunur. “Bu müharibə və onun fəsadları nəticəsində Rusiya zəiflədikcə daxili və xarici auditoriyaya gücünü nümayiş etdirmək üçün nüvə silahına getdikcə daha çox arxalanacaq”, - hesabatda bildirilir. ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru, general-leytenan Skott Berrier isə deyib ki, Ukrayna ərazilərinin bir hissəsinin uzunmüddətli işğalı Rusiya ordusunu gücdən sala və onun müasir silah arsenalını zəiflədə bilər: "İqtisadi sanksiyalar isə Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya düşməsi və diplomatik təcridi ilə nəticələnə bilər”.

Bizə qoşulun