Sovetlər birliyinə rəhbərlik etdiyi dövrdə bir çox qalmaqallı hadisələrlə yadda qalan Nikita Xruşovun istənilən bir məsələ, hadisə ilə bağlı öz şəxsi mülahizələri olub. Təbii ki, dövlət başçısı üçün bu normal haldır. Ancaq elə məsələlər var ki, onlar haqqında fikir irəli sürəndə əvvəcədən müəyyən bir təhlil aparmaq, məsələnin mahiyyətini bir az dərindən öyrənmək və bilmək lazım gəlir. Elə Nikita Sergeyeviçlə bağlı qalmaqallı hadisələr də məhz onun məsələnin mahiyyətinin fərqinə varmadan, qarşı tərəfin fikirlərini nəzərə almadan öz dediyini yeritməsi olub.
Modern.az saytının bu yazısında Nikita Xruşovla bağlı qalmaqallı hadisələrdən bəhs olunur.
Xruşovla bağlı səsli-küylü hadisələrdən biri də 1962-ci ilin dekabr ayında baş verib. O, professor Eliy Belyutinin studiyasında SSRİ Rəssamlar İttifaqının Moskva şöbəsinin rəssamlarının “Yeni reallıq” adlı sərgisinə dəvət alıb. Sərgidə abstrakt rəsm əsərləri yer alıb. Ölkə başçısını böyük ehtiramla qarşılayıblar. Xruşov birinci zalda nümayiş olunan əsərlərə baxıb. Bir neşə dəqiqədən sonra o iti addımlarla bir şəkilin qarşısından o biri şəkilin qarşısına keçib. Bu yerdəyişmələr zamanı Hikita Segeyeviçin üz cizgilərində qəzəb görünüb.
İştirakçılar hiss edib ki, nə isə xoşagəlməz hadisə baş verəcək. Ancaq onlar öz fikirlərində yanılıblar. Xoşagəlməz hadisələr yox, sərgidə sanki bomba partlayıb. Bu partlayış ana söyüşləri ilə başlayıb və insan şəxsiyyətini təhqir edən ən kəskin ifadələrlə bitib. Bununla Xruşov həm də öz mədəniyyətsizliyini və incəsənət sahəsindəki sözün əsl mənasında kütlüyünü nümayiş etdirib.
Onun sərgi salonundakı hərəkətləri Çaplini xatırladıb. Gözlərini qız şəkili çəkilmiş portretə zilləyən Xruşov qışqırmağa başlayıb:
-Bu nədir? Bu qızın bir gözü yoxdur? Bu lap narkomana bənzəyir. Kim çəkib bu şəkili.
Gənc rəssam Xruşova yaxınlaşıb izah vermək istəyəndə Nikita Sergeyeviç səsini bir az da qaldırıb:
-Sən geysən, sən homoseksualsan, sənin ananı... bu nədir çəkmisən? Sənin vicdanın var? Sən şəkil çəkməyi bacarırsan, yoxsa yox? Mənim nəvəm səndən yaxşı şəkil çəkir.
Heç kimə danışmağa imkan verməyən Xruşov üzünü Eliy Belyutinə tutub:
-Belyutin, mən sənə xəbərdarlıq edirəm. Bu cızma-qaraları rədd edin. Belə yarasız və axmaq işlər sovet xalqına gərək deyil. Mən bunu sənə dövlət başçısı kimi deyirəm. Dövlətin pulunu bu yaramazlara xərcləmək cinayətdir. Bu özbaşınalığa son qoymaq lazımdır. Mən əmr edirəm. Mən belə cındır əsərlərin ortaya çıxmasını qadağan edirəm.
Xruşov növbəti rəsm əsrinin qarşısına keçib. Bu dəfə onun gözləri az qala hədəqəsindən çıxıb:
-İndi deyəcəksiniz ki, bu şəkildə siz Kremli çəkmisiniz. Bəli, mən inanıram ki, belə deyəcəksiniz. Çünki siz alçaqsınız, yaramazsınız. İndi sizə sual verirəm, siz Kremlin divarlarını yaxından görmüsünüz? Əlbəttə ki, hə. Bəz onda bu çəkdiyiniz nədir? Mən səbəbini bilirəm. Siz partiyamıza qarşı düşmənçilik mövqeyindəsiniz. Mənim bu haqda məlumatım var. Mənə deyiblər ki, Rəssamlar ittifaqının Moskva şöbəsində bir qrup homoseksual hoqqabazlıqla məşğuldurlar.
11.04.2014, 07:30
757 baxış
TURAN
Xruşovun sovet rəssamlarına qəzəblənməyi: “Alçaqlar, yaramazlar, rədd olub gedin ölkədən!..”