Rusiyanın Ukraynanı işğalından sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün hərəkətə keçərkən, prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan qərara etiraz edərək veto qoyacaqları siqnalını verdi.
Medianews.az xəbər verir ki, 24 may tarixində Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən İspaniyanın baş naziri Pedro Sançes Ərdoğanı qəzəbləndirəcək açıqlama verib.
Bildirib ki, İsveç və Finlandiya gələn ay Madriddə keçiriləcək NATO sammitində iştirak edəcəklər.
İyunun 28-30-da Madriddə NATO sammitinin keçiriləcəyi açıqlanıb.
Haavisto Davosda verdiyi açıqlamada, “həm İsveç, həm də Finlandiya olaraq sabah Ankaraya nümayəndə heyətlərimizi göndəririk. Dialoq davam edir”, – deyə bildirib.
Leyla