Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu Əzizə Mustafazadə Bakıda çoxdandır caz həvəskarlarının böyük səbirsizklə gözlədiyi konsert proqramı ilə çıxış edəcək.
Medianews.az xəbər verir ki, bu barədə “İticket.az” məlumat yayıb.
Bildirilib ki, konsert 20 oktyabr tarixində Bakı Konqres Mərkəzində baş tutacaq. Biletlərin qiyməti 30-350 manat arasında dəyişir, proqram iki saat davam edəcək.
Məlumat üçün bildirək ki, Əzizə Mustafazadə sonuncu dəfə Bakıda 2008-ci ildə konsert verib.
Əzizə Mustafazadə caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızıdır. O, Qərbdə “Aziza Mustafa Zadeh” olaraq adlanan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı dünyada “Cazın şahzadəsi” kimi tanınır. Hazırda Almaniyada yaşayan Ə.Mustafazadə dünyada Azərbaycan caz sənətini layiqincə təmsil edən ifaçılardandır.
Medianews.az