Medianews.az
Xurma bağırsaq tıxanmasına səbəb ola bilər – <span style=color:red>XƏBƏRDARLIQ
161 baxış

Xurma bağırsaq tıxanmasına səbəb ola bilər – XƏBƏRDARLIQ

Yetişməmiş xurmanın tərkibindəki pəhriz lifi mədədə yumru əmələ gətirir və bağırsaq tıxanmasına səbəb olur. Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu cərrah və endoskopist Kseniya Mersaidova deyib. Həkimin sözlərinə görə, yetişməmiş xurmanın tərkibində həzm olunmayan lif parçaları var ki, onlar mədəyə daxil olduqda həzm üçün və qidanın keçməsi üçün maneə törədir. Onlara görə bağırsaq tıxanması yarana bilər. Həkim aydınlaşdırıb ki, bu vəziyyət peritonit - peritonun iltihabına səbəb ola bilər və ölümlə nəticələnə bilər. O, əlavə edib ki, bağırsaq tıxanması yarandıqda insan qarın nahiyəsində ağırlıq və ağrı hiss edir, yemək yedikdən sonra bu ağrılar güclənir, həmçinin mədəsinin burulduğunu hiss edir. Cərrah təkbaşına bu vəziyyətin öhdəsindən gəlməyə çalışmamağa və ağrı iki saat ərzində keçməzsə, təcili yardım çağırmağa tövsiyə edir. Həkim qeyd edib ki, büzücü yetişməmiş xurma istənilən insanda bağırsaq tıxanmasına səbəb ola bilər. Bununla belə, peristaltikası zəif olan yaşlı insanlar və bu yaxınlarda qarın boşluğundan əməliyyat olunanlar risk altındadır.

Bizə qoşulun