Medianews.az
Qubada DƏHŞƏT: <span style=color:red>ata oğlunun asılmış meyitini tapdı
88 baxış

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

Qubada intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə İkinci Nügədi kəndində baş verib. 33 yaşlı S. Mustafayev səhər saat 7 radələrində yaşadığı evin ikinci mərtəbəsində özünü şərf ilə asaraq intihar edib. Onun asılmış meyitini atası aşkar edib. Məlumata görə, mərhum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun