Bu gün və sabah Azərbaycan Dövlət YUĞ Teatrında Matey Vişnekin əsəri əsasında “P.A.N.D.A” tamaşasının premyerası baş tutacaq.
Medianews.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, rejissor asistenti Məryəm Qələndərovadır.
Rollarda Oqtay Mehdiyev və Günəş Tegin çıxış edirlər.
Tamaşanın janrı saksofon üçün rapsodiyadır. Xranometrajı isə 80 dəqiqədir.
Nailə QASIMOVA