Bazar ertəsi, 8 İyul 2024

Lənkəranda ağır yol qəzası olub, yaralılar var – FOTO

Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb.

Report xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Belə ki, “Azsamand” və “Volkswagen” markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DAHA ÇOX OXU

Xəbər lenti