“Rusiya prezidenti Vladimir Putin cümə günü, iyulun 5-də Moskvaya gələn Macarıstanın baş naziri Viktor Orbanla danışıqlar aparacaq”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Dövlət başçısının mətbuat katibinə siyasətçilərin Ukraynanı müzakirə edib-etməyəcəyi ilə bağlı sual verilib.
“O cümlədən” deyə Dmitri Peskov cavab verib.
Qeyd edək ki, Macarıstan baş nazirinin təyyarəsi Vnukovo hava limanına enib. Enişdən bir müddət sonra Viktor Orban sosial şəbəkələrdə Rusiyaya səfərinin məqsədini açıqladığı yazı dərc edib.
Medianews.az