Qastroenteroloq Anastasiya Timoşenko bildirib ki, şam yeməyini yatmazdan ən azı üç saat əvvəl yeyə bilərsiniz.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu deyərək həkim axşam yeməyi üçün ideal vaxtın adını çəkib.
Mütəxəssisin sözlərinə görə, axşam saat altıdan sonra şam yeməmək tövsiyəsi sadəcə axşam saat doqquz radələrində yatmağa gedənlərə yönəlmiş məşhur tövsiyədir.
O bildirir ki, bir şəxs gec yatırsa, şam vaxtı dəyişdirilə bilər. Bu yeməyin yüngül olması arzu edilir. Həkimin fikrincə, ən yaxşı seçim aşağı kalorili garnitür olan protein məhsuludur.
Medianews.az