H5N1 virusu onilliklər ərzində quşlar arasında dövr edir, ilk dəfə Asiyada görünsə də, sonda bütün dünyaya yayılır. Məsələn, əvvəllər Aşağı Saksoniyada quş qripinin yayılması nəticəsində 90 mindən çox quş öldürülməli olub.
Medianews.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
“2021-ci ildə quş qripi Şimali Amerikaya çatdı və 2023-cü ilin payızında burada ilk dəfə inəklər yoluxdu. İndi infeksiya dalğası ABŞ-nin 12 ştatında yayılır”,- nəşr yazır.
Tədqiqatçıların fikrincə, insanlar da bu virusa yoluxa bilər. Üstəlik, onun insandan insana keçəcəyi də istisna edilmir.
Cenevrə Universitetinin Yeni Viral Xəstəliklər Mərkəzinin rəhbəri, virusoloq İzabelle Ekkerle Tagesspiegel-ə bildirib ki, İnsanın yoluxma ehtimalı virusun müxtəlif məməlilər arasında daha uzun və geniş yayılması ilə artır.
Harvard epidemioloqu Maykl Mina deyir ki, ABŞ hakimiyyəti xəstəliyin yayılmasına qarşı kifayət qədər tədbirlər görməməklə “odla oynayır”. Bu arada H5N1 virusu artıq siçanlar və pişiklər arasında aşkar edilib.
ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinə görə, virus insanlarda yüngül yuxarı tənəffüs yolları və göz infeksiyalarına, həmçinin potensial ölümcül xəstəliklərə, xüsusən də pnevmoniyaya səbəb ola bilər.
“Quş qripi virusu hazırda bütün dünyada vəhşi quşlar arasında geniş yayılıb ki, bu da virusun insanlara uyğunlaşma riskini artırır”, – ÜST-nin keçmiş epidemiologiya eksperti professor Klaus Stern deyib.
Eyni zamanda qeyd edib ki, hazırda quş qripi insandan insana keçmir.
“İnsan xəstəlikləri və ölümü indi çox nadirdir. Bu, yoluxmuş heyvanlarla çox intensiv təmas tələb edir və yoluxmuş insanlar virusu ötürmür”, – Şter əlavə edib.
Ayşən