Rusiyada Surqutdan Omska uçan təyyarəni ildırım vurub.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, uçuş Utair şirkəti tərəfindən həyata keçirilib.
Enişdən sonra hava limanının əməkdaşları təyyarə zərər dəydiyini aşkar ediblər.
İldırım gövdənin ön hissəsində cızıq buraxıb, həmçinin iki pərçimi zədələyib. Təmir işləri aparıldı və təyyarə növbəti reyslə – Tümenə yola salınıb.
Medianews.az