ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritmək məcburiyyətini istisna etməyib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, o, Ukraynanın süquta uğramasına imkan verməyəcəklərini vurğulayıb: “Biz Ukraynanın süquta uğramasına imkan verə bilmərikə bilmərik. Çünki bu baş verərsə, ABŞ-nin münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyükdür”.
Hakim Ceffris, həmçinin bildirib ki, Respublikaçılar Partiyasında rusiyayönlü fraksiya güclənir və bu Vaşinqtonun Kiyevə maliyyə ayırmaq imkanlarını gecikdirir.