“Bu, gərginliyin eskalasiyasının yeni mərhələsidir, misli görünməmiş, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir”.
Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bu barədə Fransa prezidenti Emmanuel Makron və digər Qərb liderlərinin Ukraynaya qoşun yeridilməsi xəbərlərinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, qoşunların yeridilməsinə cavab olaraq nüvə silahının tətbiqinin sınaqdan keçirilməsi planlaşdırılan Müdafiə Nazirliyinin hərbi təlimləri keçiriləcək.
“Bu, Müdafiə Nazirliyinin məlumatında hərtərəfli qeyd olunub. Söhbət cənab Makron və Britaniya nümayəndələrinin bəyanatından gedir. Onlara ABŞ Senatının nümayəndələri də qoşulub, Ukraynaya silahlı qüvvələr göndərməyə hazır olduqlarından və niyyətlərindən danışıblar. Əslində bu, gərginliyin eskalasiyasının yeni mərhələsidir, misli görünməmiş, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir”.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı Qərbdən gələn təhdidlərə hazırlığı saxlamaq üçün Cənub Hərbi Dairəsinin və Hərbi Dəniz Qüvvələrinin raket birləşmələri ilə hərbi təlimlərə hazırlığa başlayıb. Təlimlər zamanı nüvə silahından istifadənin məşq edilməsi planlaşdırılır.
Ayşən