Tuvada 7 nəfər güclü axınla çayın ortasında avtomobildə ilişib qalıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, avtomobil Narın çayınadan keçdiyi zaman sürüşərək çaya düşüb.
İçərisində iki yaşlı uşaq da daxil olmaqla 7 nəfərin olduğu məlumdur.
Maşında olan insanlar xilas olmaq üçün damın üstünə çıxıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib və insanları təxliyyə ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Uralsdan olan yanğınsöndürənlərin köməkliyi ilə zərərçəkənlərə yaxınlaşaraq onları xilas etməyə müvəffəq olublar.
Medianews.az