“Bəzi radikal dairələrin xoşuna gəlmək üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik”.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Nazirlik bu bəyanatların qəbuledilməz olduğunu bildirib.
“Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə predmeti olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar iki xalq arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meyilli radikal qrupları təşviq edir. Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, – bəyanatda deyilir.
Ayşən