Bir rus səyyahı Macarıstanda olub və ona qəribə görünən məqamların adını çəkib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, fikirlərini Zen platformasındakı şəxsi bloqunda paylaşıb.
İlk növbədə, müəllif macar dilini qeyri-adi hesab edib. “Siz ingilis, alman və rus dillərini (və ya slavyan qrupunun hər hansı digər dilini) mükəmməl bilirsiniz və hələ də macarca bir söz başa düşmürsünüz”, – o bildirib.
Turist həmçinin qeyd edib ki, Macarıstan dənizə çıxışı olmamasına baxmayaraq kurort ölkəsidir. “Hər şeyin səbəbi bu kiçik ölkədə 60 mindən çox mineral bulaq var. Macarların özləri və turistlər hamamları fəal şəkildə ziyarət edirlər”, – turist deyib.
Bundan əlavə, səyyah Lomtalantaşın qəribə bayramı – Zibildən qurtulma günündən danışıb. Müəllifin sözlərinə görə, bu gün yerli sakinlər küçələrdə mebel, avadanlıq və geyim nümayiş etdirirlər. Arzu edənlər bəyəndikləri əşyaları özləri üçün götürə bilər, şəhər xidməti isə artıq qalan əşyaları pulsuz utilizasiya edəcək.
Medianews.az