“Region ölkələri İran silahlı qüvvələrinə arxalana bilər”.
Medianews.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi bildirib.
Rəisi İranın İsrailə “hərbi hücum”undan danışıb. O, bunu “anti-sionist əməliyyat” adlandırıb, və bunun “sionistləri cəzalandırmaq məqsədi daşıyan əməliyyat” olduğunu söyləyib.
“İsrailə hücum məhdud əməliyyat idi. Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirmək istəsə, “sionist rejim”dən geri heç nə qalmayacaq. Əgər sionistlər maraqlarımıza qarşı hər hansı addım atsalar, İranın cavabı daha sərt olacaq”, – deyə ölkə başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, “İran ordusunun qüdrəti sayəsində” artıq ölkəsinə qarşı hərbi variantdan söhbət getmir. O, İran silahlı qüvvələrini “təhlükəsizliyin yaradıcısı və sülhməramlısı” adlandırıb.
Ayşən