Rusiyanın Sankt-Peterburq şəhərində bir şəxs sifarişlərin götürdüyü Ozon məntəqəsində itinə irad bildirildiyi üçün atəş açıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, məntəqənin əməkdaşı ziyarətçiyə iti ilə məkana daxil olduğu üçün irad bildirib, kişi isə, tapançasından bir neçə dəfə ona atəş açıb.
Nəticədə hücum edən şəxs polis bölməsinə aparılıb. İt sahibinin əvvəllər məhkum olunmuş 42 yaşlı kişi olduğu üzə çıxıb. Ondan silah götürülüb. Xoşbəxtlikdən heç kim xəsarət almasa da, yerli sakinlər ciddi qorxuya düşüblər.
Medianews.az