Rusiyada dostuna hədiyyə olaraq narkotik maddə verən şəxs həbsxanaya düşüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, dostuna hədiyyə qutunu verən şəxs sərxoş imiş.
O, təqsirini tamamilə etiraf edib və peşman olub. Məhkəmə cəzanı yüngülləşdirən bütün halları nəzərə alaraq kişini iki il müddətinə azadlıqdan məhrum edib və 149 990 rubl məbləğində cərimələyib.
Medianews.az