Venesuelada məhbus parik taxaraq qadın qiyafəsində həbsxanadan qaçıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə Venesuelada həbsxanasında baş verib.
25 yaşlı Manuel Lorenzo Avila Alvarado adlı sevgilisi ilə görüşdükdən sonra Karabobo əyalətinin Tokuyito şəhərindəki islah müəssisəsindən qaçmağı bacarıb. Görüş zamanı o, qadın paltarını geyib və qızın ona verdiyi pariki taxıb.
Ziyarətin sonunda o, qadın qiyafəsində digər ziyarətçilərlə birlikdə binanı tərk edərək mühafizəçilərin diqqətindən yayınıb. Qaçma yalnız həbsxana rəsmiləri Alvaradonun itdiyini aşkar etdikdən sonra məlum olub. Onun şəriki elan edilən məhbus və qız axtarılır.
Cinayətkarı tutmaq üçün bütün qüvvələr cəlb edilib. Buna baxmayaraq, qaçaq hazırda azadlıqdadır.
Medianews.az