Çində baş verən tornado şəhəri müharibə zonasına çevirib.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
Çinin Quandun əyalətinin Quançjou şəhərində tornado və dolu səbəbindən həyat dayanıb.
Bölgəyə çoxlu yanğınsöndürən və axtarış-xilasetmə qrupları göndərilib. Çin Meteorologiya İdarəsi əhaliyə şiddətli fırtınanın təsirini davam etdirəcəyi barədə xəbərdarlıq edib.
Medianews.az