İstanbulda ətrafdakıları bıçaqla hədələyən və 2 nəfəri yaralayan şəxs polisin “təslim ol” çağırışlarına məhəl qoymadığı üçün ayağından güllələnib.
Medianews.az xəbər verir ki, dəhşətli anlar kameralara tuş gəlib.
Ayağından yaralanan Süleyman Göv təcili yardımla xəstəxanaya aparılıb. Onun səhhətinin yaxşı olduğu açıqlanıb. Süleyman Gövün də daha əvvəl 3 cinayəti olduğu müəyyən edilib.
Medianews.az