İstanbulda 7 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Medianews.az xəbər verir ki, idarəetməni itirən avtomobilin qarşı zolağa keçməsi nəticəsində baş verən qəzada 8 nəfər yüngül yaralanıb.
Qəzaya düşən avtomçobillərdən birinin sürücüsünün millət vəkilinin qardaşı oğlu olduğu öyrənilib.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili yardım göndərilib. Hadisə yerinə gələn təcili yardım qrupları tərəfindən 6 nəfərə yerindəcə tibbi yardım göstərilib. 2 nəfər isə xəstəxanaya aparılıb. Qəzaya düşən maşınlar arasında lüks Maserati markalı avtomobilin sürücüsünün millət vəkilinin qardaşı oğlu olduğu açıqlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az