Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, iki qrup arasında bıçaq, dəyənək və daşla davaya müdaxilə edən polis, bir nəfəri ayağından güllələmək məcburiyətində qalıb.
Həmin anlar mobil telefonun kamerasına əks olunub.
Yaralı şübhəli təcili yardım qruplarının müdaxiləsinin ardından xəstəxanaya aparılıb. Digər şübhəlilər isə saxlanılıb.
Medianews.az