“Crocus City Hall”da terror aktının maliyyələşdirilməsində iştirak edən daha bir şübhəli müəyyən edilib.
Medianews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Terrorçuluğun maliyyələşdirilməsi sxemində iştirak edən daha bir şübhəli şəxs müəyyən edilərək saxlanılıb. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək”, – İstintaq Komitəsi bildirib.