Martın 22-də “Crocus City Hall”da baş verən terror aktı zamanı Maksim adlı əlil arabası istifadəçisi sevgilisini xilas etmək üçün həyatını qurban verib.
Medianews.az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
Mərhumun anası bildirib ki, oğlu da yoldaşı ilə birlikdə “Piknik” qrupunun konsertinə getməli olub.
Çıxışlar rampalarla təchiz olunmadığından atışma başlayanda Maksimin təxliyə edilməsinə vaxt olmayıb. Qız ondan ayrılmayıb.
“O, sinəsindən bir neçə dəfə güllə yarası alıb və əlil arabasında düz onun gözlərinin içinə baxan sevgilisinin üzərinə düşüb. Onu özü ilə örtüb və xilas edib”, – Maksimin anası izah edib.(Publika.az)