Qeyd edək ki, Avropa Şahmat İttifaqı (ECU) və Albaniya Şahmat Federasiyasının (ACHF) təşkilatçılığı ilə mayın 12-dən 21-dək Albaniyanın Durres şəhərində keçirilən 2023-cü il Şahmat üzrə Məktəblilərin Avropa Çempionatında Naxçıvan şahmatçıları 2 medal qazanıb. Yasin Əzimob 9 yaşlılar arasında qızıl, Mirsaleh Seyidli 13 yaşlılar arasında gümüş medala sahib çıxıb. Sadiq Məmmədov isə Beynəlxalq usta normasını tamamlayıb.
Qeyd edək ki, Seymur Talıbov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən kənarlaşdırılıb. O, Naxçıvan Ali Məclisinin deputatı və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.