Kolumbiyadakı internat məktəbində məktəbli qızlar öz aralarında “cin çağırma oyunu” oynayıblar.
Medianews.az xəbər verir ki, 28 qız yaşadıqları qorxudan huşunu itirərək xəstəxanaya aparılıb.
Üzərində yazı olan lövhələrə əllər qoyularaq oynanılan oyun zamanı 28 qız şagird huşunu itirib. Məktəb rəhbərliyi qızların huşunu itirməsindən danışıb. Hadisədən sonra müəllim və məktəb rəhbərliyi ailələri ilə birlikdə gənc qızların vəziyyətinin düzəlməsini gözləyir.
Valideynlər bildirib ki, bu vəziyyətlə bağlı rəsmi qurumlar heç bir tədbir görməyib. Lakin hadisə ilə bağlı istintaq davam edir, tələbələrin müalicəsi davam edir.
Medianews.az