Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Naibə Allahverdiyeva: “Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm”

TURAN
23/02/2023 16:27
73
BAXIŞ
FacebookTwitterTelegram

“Çox istərdim ki, aktyorlar dəfn olunan zaman teatrdan son mənzilə yola salınsınlar. Əslində həmişə belə olub. Amma sonradan nəyəsə görə bu ənənə aradan götürüldü”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun dünyasını dəyişməsindən, aktyorun dəfnində yaranan qalmaqaldan danışarkən deyib:

“Yəqin ki, bu qaydanı yenidən düzəldərlər. Sovet dövründə də, ondan sonrakı müddətdə də belə olub. Təki bizim aktyorlarımızın canı sağ olsun, uzunömürlü olsunlar. Mən dünyasını dəyişən aktyorların işlədiyi teatrlardan yola salınmasını həm də ona görə istəyirəm ki, onu sevən insanlar mərhumla vida mərasiminə gələ bilsinlər. Bir də görürsünüz ki, aktyor dünyasını dəyişib. Onun pərəstişkarları aktyorun evini, ünvanını tanımırlar. Aktyorlar insanların həmişə sevimliləri olublar.

Ümumiyyətlə, bildirim ki, sənətkarlarımız xəstələnəndə dövlət tərəfindən onlara lazımınca qayğı göstərilir. Mərhum Xalq artistimiz Ramiz Novruz da xəstələnən zaman Heydər Əliyev Fondu bunu diqqətdə saxladı. Dünyasını dəyişən elə sənətkarlarımız var ki, dövlət onların dəfn mərasimini öz üzərinə götürür”.

Sevilən aktrisa Naibə Allahverdiyeva xarici aktyorların uzunömürlülüyünə paxıllıq etdiyini açıqlayıb:

“Xarici aktyorlara baxıram və paxıllıq edirəm ki, 85-90 il yaşayırlar. Rusiyalı aktyorlar uzun ömür yaşayırlar. Hər dəfə bir aktyorumuz dünyasını dəyişəndə elə bilirəm ki, incəsənətimizdən bir yarpaq düşür. Səhnə bizim üçün məbədgahdır, evimizdir. Bəlkə də səhnəni doğma evimizdən də artıq bilirik. Səhnə olmasa, biz yaşaya bilmərik”.

Qeyd edək ki, iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun dəfn mərasimi müzakirələrə səbəb olub. Vida mərasimində həmkarı, Xalq artisti Əli Nur çıxış edərək Mədəniyyət Nazirliyinin aktyora laqeyd münasibət bəsləməsini qeyd edib. O, dəfn mərasiminin R.Novruzun evində deyil, Azərbaycan Dövlət Dram Teatrında keçirilməli olduğunu deyib. Daha sonra o, dediklərini təkzib edib. Bildirib ki, nazirliyin dörd əməkdaşı vida və dəfn mərasimində iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Buna baxmayaraq, sözügedən məsələ ayrılıqda sənət adamlarının dəfninə olan biganəliyi gündəmə gətirib.

DAHA ÇOX OXU

1-MANŞET

Rusiya Bakını HƏDƏLƏDİ – Kreml Qarabağı işğal edəcəyinin MESAJINI VERDİ

22/03/2023 11:13
1-MANŞET

Ramazan ayı ilə bağlı VACİB MƏLUMAT

22/03/2023 11:00
1-MANŞET

Prezident Qarabağla bağlı ilk dəfə bu faktı AÇIQLADI

22/03/2023 10:44
1-MANŞET

Paytaxtda NOVRUZ HƏYƏCANI – FOTOLAR

22/03/2023 10:39
1-MANŞET

Elektron siqaretlər haqqında VACİB XƏBƏRDARLIQ

22/03/2023 10:16
1-MANŞET

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07
SON XƏBƏR

Ruben Vardanyan işdən qovuldu

"Asan imza" sistemində nə üçün texniki problemlər yaranıb? - AÇIQLAMA

Azərbaycanlı müğənninin 15 min manatı oğurladılar - VİDEO

Xəbər lenti

Rusiya Bakını HƏDƏLƏDİ – Kreml Qarabağı işğal edəcəyinin MESAJINI VERDİ

22/03/2023 11:13

Ramazan ayı ilə bağlı VACİB MƏLUMAT

22/03/2023 11:00

Prezident Qarabağla bağlı ilk dəfə bu faktı AÇIQLADI

22/03/2023 10:44

Paytaxtda NOVRUZ HƏYƏCANI – FOTOLAR

22/03/2023 10:39

Elektron siqaretlər haqqında VACİB XƏBƏRDARLIQ

22/03/2023 10:16

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.