Zəlzələ ilə bağlı paylaşım edən şəxslər həbs edilib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 37 nəfəri polis saxlayıb.
Bundan əlavə, sosial şəbəkələrdə qorxu və panika yaratmaq məqsədilə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar etdiyi aşkarlanan 302 hesab məlumatı müəyyən edilərək aidiyyəti bölmələrə ggöndərilib. Həmçinin, oxşar səbəblərdən dolayı, 29 internet saytının işi dayandırılıb.Bununla bərabər, rəsmi qurumların adından istifadə edərək vətəndaşlardan pul tələb edən 4 sosial media platforması da bağlanıb. Eyni zamanda, “zəlzələ yardımı” adı altında 3 kriptovalyuta hesabının fəaliyyətinə son qoyulub.
Aytac Şahin
Medianews.az