ABŞ ordusunun polkovnik-leytenantı Devis Ukraynaya tankların göndərilməsini informasiya əməliyyatı adlandırıb.
Medianews.az xəbər verir ki, bu barədə Breitbart-a ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis məlumat verib.
ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis bildirib ki, Ukraynaya “Abrams” və “Leopard” tanklarının göndərilməsi münaqişə zonasında vəziyyəti dəyişdirə bilməyəcək və bu informasiya əməliyyatıdır:
“Qərb ölkələrinin Ukraynaya tank göndərmək qərarı döyüş meydanındakı uğura heç bir aidiyyatı olmayan nəhəng informasiya əməliyyatıdır”.
Bundan əlavə o bildirib ki, Vaşinqton və digər NATO ölkələrinin bu cür hərəkətləri yalnız vəziyyəti daha da gərginləşdirir və alyansla Rusiya Federasiyası arasında toqquşmaya gətirib çıxarır ki, bu da nüvə müharibəsinə gətirib çıxara bilər.
Mehin Mehmanqızı
Medianews.az