Medianews.az türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın adalardakı hərbi təlimləri ilə bağlı danışan xarici işlər naziri Mövlud Çavuşoğlu ismarış göndərib:
“Yunanıstan ya geri addım atar, ya da biz lazım olanı edərik. Külək əkən-fırtına biçər. Sülh istəmirsinizsə, biz nə etməliyik? Onlar çox olmayan addımlar atır. Adalara gətirilən silahların, təyyarələrin mənası yoxdur.”
Çavuşoğlu bunun ürək məsələsi olduğunu və susacaqlarının mümkünsüz olduğunu deyib.
Nazir çıxışının davamında prezident Ərdoğanın sözlərinə işarə edib: “Hörmətli prezidentimizin “Bir gecə qəfildən” dediyi budur. Bizə qarşı yönələn təhdidlərə susmayacağıq. Lazım olan addım atılacaq!”.
Ayşən Azadova
Medianews.az