Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur
Medianews.az xəbər verir ki, Mersin Şəhər Təhsil və Araşdırma xəstəxanası
Təcili Tibb Mütəxəssisi Dos.Həkim Yücel Yüzbaşıoğlu saxta spirtli içki qəbul edənlərin tez-tez metil spirti zəhərlənməsi şikayəti ilə təcili yardım xidmətlərinə müraciət etdiyini bildirib.
Yüzbaşıoğlu, vurğulayıb ki, “əsil metil və etil spirtindən hazırlanan içkilər qoxusuna, rənginə görə ayırd edilə bilməz. Bunu aydınlaşdırmaq, üçün yaxşı kimyaçı olmaq lazımdır:
“Metil spirti qanımızı, qaraciyərimizi, parçalayır bədənimizin bütün sistemlərinə zərər verir. İnsanın huşunu itirməsi, yatmağa meyli, baş ağrısı, epilepsiya tutmaları və görmə problemləri metil spirti zəhərlənməsindən xəbər verir, bağırsaq traktının qaraciyər funksiyasının pisləşməsi və böyrək çatışmazlığı ilə toksik təsirlər meydana çıxardır. Metil spirti qəbul edən insanda bu şikayətlər 6-8 saat ərzində görünə bilər”.
Metilin ən kiçik miqdarda istifadəsi belə ciddi sağlamlıq problemlərinə səbəb olur. 1-2 qaşıq metil spirtinin istifadəsi insan funksiyasının tamamilə itirilməsinə, həddini aşması isə ölümə səbəb olur.
Yüzbaşıoğlu metil spirti zəhərlənməsinin zərərini aradan qaldırmağın çətin olduğunuda qeyd edib.
Medianews.az
Ayşən Azadova