Cümə, 26 Aprel 2024

Restorana “Menyu” kimi çağırılan Mədinə Məlik: “Bildirçinəm, tortam, nəyəm?” – VİDEO

“Kristal” qrupunun sabiq rəhbəri, prodüser, bu yaxınlarda müğənniliyə başlayan Mədinə Məlik şok açıqlamaları ilə gündəmə gəlib. 

Medianews.az xəbər verir ki, o, “MTV Maqazin”ə müsahibəsi zamanı bəzi müğənnilərin toylara “Menyu” kimi çağırıldığını bildirib. Məlik ona da belə bir təklif edildiyini etiraf edib:

“Bu yaxından mənə bir restorandan zəng vurublar ki, “Mədinə xanım, bizim toylara “Menyu” kimi gələ bilərsiniz?” Dedim, necə yəni “Menyu”? “Əzizim, mən sənin üçün nəyəm? Bildirçinəm, tortam, nəyəm bəyəm?” Sözündən belə çıxdı ki, bizdə filankəslər oxuyur, illərdir oxuyan sənətçilər indi “Menyu”da gedir”.

Ətraflı videoda:

DAHA ÇOX OXU

Xəbər lenti