Meksikada neft tankerinin sərnişin avtobusu ilə toqquşması və alov alması nəticəsində 18 nəfər ölüb.
Medianews.az xəbər verir ki, qəzadan sonra avtomobilini tərk edərək qaçmağa çalışan tanker sürücüsü polis tərəfindən yaxalanıb.
Qəza nəticəsində tankerdə baş verən yanğın nəticəsində hər iki avtomobil yanıb, hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və yanğınsöndürənlər göndərilib. Səlahiyyətlilər qəza nəticəsində 18 nəfərin öldüyünü bildirib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Medianews.az