Dünyanın ən böyük sosial media platforması olan Meta Platforms dünən ilk dəfə olaraq rüblük gəlirlərinin azaldığını bildirib.
Medianews.az xəbər verir ki, Kaliforniyada yerləşən şirkətin səhmləri ticarət saatları xaricində təxminən 4,6 faiz ucuzlaşıb.
Meta üçüncü rübdə gəlirin 26-28,5 milyard dollara düşəcəyini proqnozlaşdırdığını bildirib. Əgər bu baş verərsə, şirkət iki il dalbadal gəlir azalması barədə məlumat vermiş olacaq.
İkinci rübdə Meta-nın bir hissəsi olan və dünyanın ən böyük sosial media platforması olan “Facebook” un aylıq aktiv istifadəçiləri analitiklərin gözləntilərinin bir qədər altında 2,93 milyard olaraq açıqlanıb.
Digər tərəfdən, ABŞ-ın texnologiya nəhəngləri Microsoft və Google -un ana şirkəti Alphabetin ümumi gəlirləri ikinci rübdə yüzdə 13 artaraq 69,7 milyard dollara çatıb. Texnologiya nəhənginin əməliyyat mənfəəti də bir il əvvəllə müqayisədə 3 faiz azalaraq 28 faizə düşüb.
Leyla, Medianews.az