Sosial şəbəkə istifadəçisi Əfqan əsilli Mədinə Qavsi paylaşdığı videolarda Türkiyə və türk xalqına qarşı qalmaqallı ifadələr işlədib.
Medianews.az xəbər verir ki, Mədinə Qavsinin türk xalqını təhqir etdiyi videolar sosial mediada böyük əks-səda doğurub.
Sosial şəbəkə istifadəçiləri Türkiyə əleyhinə çox sərt ifadələr işlədən Mədinə Qavsinin həbsinə çağırıblar. Digər tərəfdən, Mədinə Qavsinin Aksaray Universitetində Biznesin İdarəedilməsi fakültəsində təhsil aldığı ortaya çıxıb.İddialara görə, Mədinə Qavsi hazırda Almaniyada yaşayır. Tiktok sosial media platformasında “madoghawsi2412” adı ilə yayımlanan Mədinə Qavsinin paylaşdığı videolar sosial medianın gündəmini zəbt edib.
Türkiyədə yaşayan əfqan əsilli Mədinə Qavsi sosial şəbəkədə paylaşdığı videolarda Türkiyə və türk xalqına qarşı qalmaqallı ifadələr işlədib.
Medianews.az