Ukrayna əsgərlərinin əlindən qaçdığı güman edilən rus əsgərlərinin PUA-lar tərəfindən bombalandığı anların görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, kameralara əks olunan görüntülərdə yüksəklikdən atılan raketin rus əsgərlərinin olduğu avtomobilə girdiyi görülüb.
Digər tərəfdən bombardmandan sonra partlayacağı düşünülən avtomobildən tüstünün qalxması diqqət çəkib. Sosiaal şəbəkələrdə yayılan görüntülər böyük marağa və müzakirələrə səbəb olub.
Ukrayna Baş Qərargahı, 24 fevral-4 may tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı verdiyi açıqlamada, Ukraynaya hücum edən Rusiya ordusunun son 24 saatda daha 300 əsgər itirdiyini açıqlayıb.
“Rusiya ordusu ümumilikdə 23 min 800 əsgər itirib, 194 təyyarə, 155 helikopter, 1048 tank, 2519 zirehli texnika, 459 artilleriya, 152 reaktiv yaylım atəş sistemi və 80 hava hücumundan müdafiə sistemi məhv edilib”, – deyə məlumatda bildirilir.
Rusiya qüvvələri həmçinin 1824 texnika, 8 gəmi və yüngül sürət qayığı, 76 yanacaq daşıyan maşın və 271 pilotsuz uçuş aparatını itirib. Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi açıqlamada isə Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlanıb.
Turan Oruc
Medianews.az